Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevin rəsmi internet saytı.
Şəxəliyev Mövlam Məmmədismayıl oğlu!
07 Oktyabr 1958 -ci ildə Ağdaş rayonunda ziyalı ailəsində doğulmuşdur. Atası Məmmədismayıl Şıxəliyev 18 yaşında olarkən 1941 -ci ildə başlanmış böyük vətən müharibəsinin 1945 -ci ilədək iştirakçısı olmuş və Almaniyanın Berlin şəhərinədək şərəfli döyüş yolu keçmişdir. Dəfələrlə Ali Dövlət mükafatlarına layiq görülmüş Məmmədismayıl Şıxəliyevin arzusu oğlu Mövlamı zabit kimi görmək olmuş lakin 1979 -cu ildə dünyasını dəyişmişdir.
Mövlam Şıxəliyev orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Bakı şəhərində Xalq təsərrüfatı institutuna qəbul olmuş, oranı bitirdikdən sonra təhsilini davam etdirmiş SSRİ – Daxili İşlər Nazirliyinin Saratov Polis Akademiyasını, sonra isə Bakı Dövlət Universitetinin hüquqşunaslıq fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Mövlam Şıxəliyev İngilis Rus dillərində sərbəst danışır. O, 1993 -cü ildən 2005 -ci ilədək Avropa Şurasının Cinayət Problemləri komitəsində on iki il mütəmadi olaraq Azərbaycan Respubilkasını yüksək peşəkarlıqla təmsil etmişdir.
O, 1986 -cı ildən 2004 -cü ilədək Azərbaycan Respubilkasının Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə şərəflə xidmət etmiş, nümunəvi xidmətlərinə görə dəfələrlə mükafatlandırılmış və Daxili İşlər Nazirliyinin şöbə rəisinin müavini, rayon polis orqanlarında şöbə rəisi vəzifələrində irəli çəkilmişdir.
Mövlam Şıxəliyev leytenant rütbəsindən Hərbi General Mayor rütbəsinə qədər yüksəlməsində onun vətənpərvərliyi, savadı, sədaqətliliyi və mübariz-prinsipial olması əsas rol oynamışdır. O, 2007 -ci ildə hüquq elmləri namizədi elmi dərəcəsi üzrə disertasiyasını Bakı Dövlət Universitetində müdafiə etmişdir. Birinci qarabağ vətən müharibəsinin veteranıdır. Respubilka Qarabağ Vətən müharibəsi veteranları ictimai birliyinin üzvüdür.
Mövlam Şıxəliyev 2004-2015 -ci illər ərzində təhlükəsizlik orqanlarında xidmət edərkən qanunvericilikdə nəzərdə tutulmayan çox təhlükəli cinayətkar birliklərin iştirakçılarının ifşa edilərək məhkəmə məsuliyyətinə verilməsində yüksək peşəkarlıq və mərdlik göstərmiş, dəfələrlə Ali Dövlət mükafatlarına, , orden və medallara layiq görülmüşdür. Mövlam Şıxəliyevin rəhbərlik etmiş olduğu istintaqçılar tərəfindən bir çox terror, təxribat cinayətlərinin qarşısı vaxtında görülmüş istintaq-prosesi ilə alınmışdır. Ökə əhalisini dima qorxu içində saxlayan silahlı birləşmələr “Meşə qardaşları”, “Sahil camaatı”, “Sumqayıt camaatı” adları cəmiyyətimiz üçün açıqlanmamış beynəlxalq terror təşkilatlarının üzvlərinin ölkəmizdəki kəşfiyyat pozuculuq fəaliyyətlərinin qarşısının yüksək peşəkarlıqla alındıqlarını ümumi işlərin cuzi bir hissəsi kimi qeyd etmək olar.
Polad iradəli, humanist, səbrli və xalqına böyük sevgi ilə bağlı olan Mövlam Şıxəliyev ən çətin və dözülməz anlarındada bu hisslərlə yaşayır. O, Ali Baş Komandana sadiq bir generaldır.
Ali Baş Komandanın şəxsi nəzarəti altında peşəkar istintaqçılar tərəfindən mərhum jurnalist Elmar Hüseynovun qətlinin üstü açılaraq Gürcüstan vətəndaşları Arçil kaşiya, Serqo Darrişov, Nuqza Volkvedze, Tahir Xubanov və Teymuraz Əliyevin ifşa edilməklə cinayət məsuliyyətinə cəlb edilib axtarışa verilmələri, “Qara kəmər” əməliyyatı ilə uzun illər üstü açılmayan “47” xüsusilə ağır cinayətlərin, o cümlədən 12 qətl, çoxsaylı adam oğurluqlarında iştirak etmiş Hacı Məmmədov və qeyrilərinin ifşa edilmələri yəqin ki, xalqımızın yaddaşından silinməmişdir.
Mövlam Şıxəliyev heç vaxt doğulub böyüdüyü rayonu olan Ağdaş rayonu ilə əlaqəsini kəsməmiş, bir çox gənclərin təhsil almalarında, işsiz insanların işlə təmin olunmasına, həcc ziyarətinə göndərilməsinə, küçə və yolların təmirinə yaxndan köməklik göstərmişdir.
Mövlam Şıxəliyevin sözləri ilə desək: Doğulduğu rayonunu, kəndini sevməyən. Vətənini, ailəsini ülvi hisslərlə sevə bilməz. Allah xalqımızı, ölkəmizi və Ali baş komandanımızı qorusun!











Alllah Mövlam muəllimin canın sağ eləsin.
Mövlam Şıxəliyev Azərbaycan xalqının fəxridir.
Təşəkkür!
Tanış olmaktan onur ve gurur duyduğum işine vatanına milletine bağlı bir insan mövlan beye allah uzun ömür can sağlığı versin..
Allam Movlam Sixeliyeve can sagligi versin heqiqeten cox merd insandir.
Movlam Sixeliyev qeder veteni seven isini pesesini seven adam yoxdur, cox xeyirxah temiz urekli, kasiblara komek eden yardimsever ve cox sade adamdir, oz gucune oz savadina General rutbesine qeder yukselib, Allah size her zaman yar ve yardimci olsun Movlam muellimin. Amin
Allah komeyi olsun Movlam Sixaliyevin menede cox komek edib.
Allah Movlam Sixeliyev -in canın sağ eləsin mənim xaricde tehsil ve universitet xərclərimi qarşıladığına görə xüsusi təşəkkürümü bildirirəm Allah razı olsun.
Allah razı olsun Movlam müəllimdən 2 il əvvəl müraciət etdim məni həcc ziyarətinə göndərdi.
İnsanı insan edən və insana ən layiqli edən fəzilətli davranışlar vardır.Köməkçi olmaq,vətənpərvər olmaq, əməkdaşlıq etmək,gözəl əxlaqı olmaq və s kimi.Bunlardan ən mühümlərindən biri də xeyirxahlıq hissidir.Çünki mərhəmətli insan heç bir canlıya qarşı pis münasibəti olmayan ,qəlbinin gözəlliklərini ətrafına yaymaq üçün hər cür fədakarlıq edən kəsdir.Hətta mərhəmətli bir insanın gözlərində ki baxış belə valehedicidir.Çünki o insanın hərarətli və sevgi dolu baxışları,hər cür yaxşılığa hazır olduğuna eyham vurması insanları sevindirir.Mən həyatımda sizin kimi xeyirxah insan görmədim. Allah sizi bizim üstümüzdən heç vaxt əksik etməsin. Deyərli insan Mövlam Şıxəliyev.
ALLAH SIZI QORUSUN GÖZƏL İNSAN
Salam umid edirik ki, yeniden fezifede ve kohne gunler kimi fəaliyyət gosteresiniz. Biz sizi destekleyirik